• şənbə, 20 Aprel, 18:28
  • Baku Bakı 24°C

Teleserial çəkilişi üçün telekanallara 400 min manat verildi

06.06.13 14:00 1619
Teleserial çəkilişi üçün telekanallara 400 min manat verildi
İyunun 5-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilib.
Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na, “Xəzər TV” MMC-yə və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər