• cümə, 26 Aprel, 09:33
  • Baku Bakı 12°C

“Telekommunikasiyada innovativ texnologiyalar”

09.09.19 15:00 619
“Telekommunikasiyada innovativ texnologiyalar”
Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti (AzTU) və Belarus Dövlət Rabitə Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 4-6-da "Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.
AzTU-danAZƏRTAC-a bildirilib ki, konfransın məqsədi telekommunikasiyanın aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirərək istehsalata tövsiyə etməkdir.
Tədbirdə telekommunikasiyanın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələrinin, dövlət orqanlarının, biznes strukturlarının nümayəndələri iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər