• cümə, 19 Aprel, 06:16
  • Baku Bakı 13°C

Telefonla danışan futbolçu 3-cü mərtəbədən yıxıldı

02.04.18 11:20 771
Telefonla danışan futbolçu 3-cü mərtəbədən yıxıldı
"Albaseta”nın futbolçusu Pelaya Novo ehtiyatsızlıqdan bədbəxt hadisə ilə üzləşib.
Kaspi.az xəbər verir ki, Novo "Ueska” ilə oyundan əvvəl məskunlaşdıqları otelin 3-cü mərtəbəsindən yıxılıb. Futbolçu telefonla danışarkən ehtiyatsızlıq edib və 3-cü mərtəbədən otelin daxili həyətinə düşüb.
Ona ilk yardımı komanda yoldaşları göstərib. Xəstəxanaya çatdırılan futbolçuda bir neçə sınıq aşkar edilib. Onun üzərində 6 saat əməliyyat aparılıb.
Hazırda durumu sabitdir. "Albaseta”nın vitse-prezidenti Viktor Varel bildirib ki, Novonun zədələrinin bərpası çox asta gedəcək. Bu hadisəyə görə "Albaseta” - "Ueska” oyunu təxirə salınıb.
banner

Oxşar Xəbərlər