AZE | RUS | ENG |

Tələbələrin ifasında Qara Qarayevin əsərləri səsləndirilib

Tələbələrin ifasında Qara Qarayevin əsərləri səsləndirilib
Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə "Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə ADMİU- nin musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Qaralova çıxış edərək Qara Qarayevin yaradıcılığından söhbət açıb.
Daha sonra bəstəkarın həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.
Konsertdə tələbələrin ifasında Qara Qarayevin yaradıcılığının müxtəlif dövrlərində yazdığı əsərlər səsləndirilib.
Qeyd edək ki, "Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində Tofiq Quliyevin, Emin Sabitoğlunun, Elza İbrahimovanın və Azərbaycanın digər görkəmli bəstəkarlarının yaradıcılığına həsr olunmuş möhtəşəm konsertlər keçirilib.
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və caz musiqinin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Belə ki, noyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində Təranə Mahmudovanın yaradıcılığının 20 illiyinə həsr olunmuş "Baku Sound" adlı caz konserti keçiriləcək.
Biletləri şəhərimizin kassalarında, "ASAN xidmət" mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916