• çərşənbə, 24 Aprel, 03:22
  • Baku Bakı 14°C

Tələbələr üçün təlim keçilib

07.07.14 13:56 1024
Tələbələr üçün təlim keçilib
“Excelsior Hotel Baku” oteli ali məktəblərin yuxarı kurs tələbələrinə PR mövzusunda təlim keçib. Təlim “Excelsior Hotel Baku” otelinin Marketinq Departamentinin direktoru Damla Bayık və “AtaHolding” ASC-nin Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçilib. Təlimdə PR texnologiyaları, PR-əlaqələrin strateji əhəmiyyəti, imic və nüfuzun müqayisəli təhlili, böhranlı kommunikasiyaların idarə edilməsi, ölkəmizdə ictimai əlaqələrin qurulması xüsusiyyətlərini haqqında danışılıb.
“AtaHolding” Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova təlimdə bildirib ki, PR şirkətin nüfuzunun idarə edilməsinin başlıca alətidir və PR kommunikasiyalar şirkətin formalaşmasına və onun nüfuzunun qorunmasına təsir edir. Nüfuzun idarə edilməsi –təşkilatın real nailiyyətlərinə əsaslanan və onun perspektiv inkişafına yönəldilən nüfuzunun formalaşması, müdafiəsi və qorunması üzrə tədbirlər kompleksidir. Nüfuz yalnız şirkət haqqında müxtəlif informasiya auditoriyaları tərəfindən əldə edilmiş, bazar iqtisadiyyatının baza kateqoriyasına çevrilmiş, bir çox amillərdən asılı olan və çoxlu parametrlərinə görə qiymətləndirilən kommunikasiya prosesində formalaşır. Bu keyfiyyət onun əlavə səhmdar dəyəri yaratmaq qabiliyyətinə əsaslanır. Məhz buna görə PR-da bu istiqamət hazırda fəal inkişaf edir və Azərbaycanda ictimaiyyətlə əlaqələrin inkişafına təkan verir.
Təlimdə “AtaSığorta” ASC-nin PR nümayəndəsi və digər PR ekspertlər də çıxış ediblər.
Xatırladaq ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və sairdən ibarətdir.
banner

Oxşar Xəbərlər