• cümə axşamı, 28 mart, 19:59
  • Baku Bakı 13°C

Tələbələr qadınlara qarşı zorakılığın səbəblərindən danışdılar - Diskussiya - FOTOLARLA

04.11.16 11:06 4752
Tələbələr qadınlara qarşı zorakılığın səbəblərindən danışdılar - Diskussiya - FOTOLARLA

"Qadınlarımızın döyülməsini istəmiriksə, ailədə qız uşaqlarını oğlan uşaqlarına əzdirməməliyik”
Bir neçə gün bundan əvvəl Qəbələdə 3 uşaq anasının həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla öldürülməsi, cəmiyyətdə böyük əks-səda doğurdu. Hadisə mətbuatda, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Bu tip hadisələri törədənlər ciddi qınaq hədəfinə çevrildilər. Amma təəssüf ki, cəmiyyətin qınağı da belə olayların qarşısını almaqda acizdir. Qadınlara qarşı zorakılıq demək olar ki, mütəmadi xarakter alır. Cəmiyyət isə "gündən-günə artan qadın qətllərinin səbəbi nədir, bu cür halların qarşısını almaq üçün nə etməliyik” sualları ətrafında müzakirələri davam etdirir. Mövzunun aktuallığını nəzərə alıb, onu, cəmiyyəti maarifləndirəcək şəxslərlə, sabahın ata və anaları - Bakı Dövlət Universitetinin sosiologiya və psixologiya fakültəsinin dördüncü kurs tələbələrilə müxtəlif suallar ətrafında müzakirə etdik. Düzdür, fikirlər haçalandı. Amma problemin yaranma səbəbləri, həlli yolları da göstərildi.

- Tez-tez həyat yoldaşı tərəfindən döyülərək öldürülən qadınların həyat hekayəsi barədə eşitməli oluruq. Sizcə, bu gün ailələrdə qadınlarımıza qarşı edilən zorakılığın səbəbləri nədir?

Turqay Əlisalamzadə: "Ona sevgini, nəvazişi yox, zorakılığı öyrədirik”


Əminə Abbasova: "Şəxsi sonradan dəyişmək daha çətindir”

- Məncə, təhsildən öncə, uşaqlarımızın düzgün yöndə tərbiyə olunması əsas şərtə çevrilməlidir. Çünki cəmiyyətdə var olan şəxsi sonradan dəyişmək daha çətindir, nəinki əvvəldən o şəxsiyyəti istədiyin istiqamətə yönəltmək. Məncə, bu, problemdən daha asan çıxış yoludur.

Humay:
- Qız uşaqlarını güclü böyütməliyik. Qızlarımızı elə böyütməliyik ki, həm maddi, həm də mənəvi cəhətdən özünü müdafiə edə bilsin, kimdənsə asılı olmasın. Özünə hörmət edən və öz gücünə güvənən, özünü saxlaya bilən, mənəvi baxımdan da güclü olan qadın heç vaxt uşaqlarının qarşısında alçalmağa, döyülməyə razı olmaz.

Lalə MUSAQIZI
FOTOLARI çəkdi: Aygün ASİMQIZI
banner

Oxşar Xəbərlər