• cümə, 29 Mart, 13:19
  • Baku Bakı 14°C

Tələbələr arasında futbol yarışları keçiriləcək

19.03.14 11:44 1432
Tələbələr arasında futbol yarışları keçiriləcək
Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində tələbələrdən ibarət yığma komandanın açıq məşqi keçirilib.
20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq prosesləri nəticəsində formalaşdırılması nəzərdə tutulur. Yığma komandaya Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futbol üzrə keçiriləcək "Təhsil kuboku"nun iştirakçı komandalarından futbolçular cəlb olunub. "Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq futbol infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağının daha da artmasına səbəb olub. Təhsil Nazirliyi futbolla bağlı təbliğat işinin gücləndirilməsi məsələlərinə xüsusi əhəmiyyət verməklə, uşaq, yeniyetmə və gənclərin futbola kütləvi cəlb olunması istiqamətində fəal iş aparır.
banner

Oxşar Xəbərlər