• çərşənbə axşamı, 23 aprel, 20:06
  • Baku Bakı 20°C

Tələbə təqaüdləri ilə bağlı yeni mexanizm hazırlanıb

06.05.15 10:43 1104
Tələbə təqaüdləri ilə bağlı yeni mexanizm hazırlanıb
Nazir: "Tələbənin təqaüd alıb-almaması təhsil prosesi, habelə onun hər ay göstərdiyi akademik nailiyyətlərdən asılı olacaq"
Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlayıb.
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qəbul imtahanında yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində (bakalavriat səviyyəsində) qeyri-kafi qiymətlər almamaq şərti ilə təqaüd almaq imkanı qazanırlar: “Hazırda bir dəfə keçirilən bilik qiymətləndirilməsi nəticəsində tələbəyə 4 il ərzində dövlət tərəfindən taqaüd verirlir. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən amillər var. Təhsil prosesi də müəyyən mənada rəqabətli olmalıdır, bu, daha yüksək nəticələrə gətirib çıxarır”.
Təhsil naziri qeyd edib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə tələbə təqaüdü bir-birindən ayrılacaq.
"Dövlət sifarişli yerlərdə təhsil alan tələbə təhsil haqqından azad olsa da, yeni mexanizmə uyğun olaraq, onun təqaüd alıb-almaması təhsil prosesi, habelə onun hər ay göstərdiyi akademik nailiyyətlərdən asılı olacaq. Bu, sadəcə, formal xarakter daşımır. Bir çox halda danışdığımız akademik mühitin saflaşdırılması üçün bunların edilməsi vacibdir. Bu sistem digər tərəfdən subyektiv amillərlə mübarizənin sistemli prinsiplərini tətbiq etməklə akademik biliklərin artırılmasına gətirib çıxaracaq”, - deyə nazir vurğulayıb.
banner

Oxşar Xəbərlər