• cümə axşamı, 28 mart, 13:24
  • Baku Bakı 16°C

Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib

17.06.19 15:30 550
Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib
2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb.
AZƏRTACxəbər verir ki, bu məlumat Təhsil Nazirliyinin 2018-2019-cu tədris ilinin yekunu ilə bağlı hesabatında əksini tapıb.
Hesabatda bildirilir ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 min 300-dən 20 min 500-ə çatdırılıb, ümumi qəbul planının 42 faizini təşkil edib. Ötən il bu göstərici 27 faiz olub.
banner

Oxşar Xəbərlər