• şənbə, 20 Aprel, 10:36
  • Baku Bakı 14°C

Təkzib etdi, hələ karyerasını bitirmir

23.07.18 13:30 450
Təkzib etdi, hələ karyerasını bitirmir
"Çelsi”nin sabiq futbolçusu Con Terrinin karyerasını bitirəcəyi ilə bağlı məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, İngiltərə mətbuatı "Aston Villa”dan ayrıldıqdan sonra azad agent statusunda olan Terrinin karyerasını bitirəcəyini və "Sky Sports” telekanalında ekspert kimi çalışacağını iddia etmişdi.
Terri "instaqram”da bu məlumata münasibət bildirib. O, karyerasını bitirmək niyyətində olmadığını vurğulayıb:
"Bildirirəm ki, hələ karyeramı bitirməmişəm. Hazırda isə ailəmlə birgə istirahət etməkdən zövq alıram və gələn təklifləri gözdən keçirirəm”.
Terri ötən mövsüm Çempionşipdə "Aston Villa”nın heyətində 35 oyunda meydana çıxıb.
banner

Oxşar Xəbərlər