• cümə, 29 Mart, 17:26
  • Baku Bakı 14°C

Təkmil proqnozlaşdırma metodologiyası hazırlanır

03.04.19 09:36 370
Təkmil proqnozlaşdırma metodologiyası hazırlanır
Hazırda Azərbaycanda demoqrafik proqnozların hazırlanması üçün mütərəqqi dünya təcrübəsi əsasında təkmil proqnozlaşdırma metodologiyasının hazırlanması işləri aparılır. Bu istiqamətdə BMT-nin Əhali Fondu ilə əməkdaşlıq daha geniş müstəvidə davam etdiriləcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə BMT Əhali Fondunun Türkiyə üzrə nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessa ilə keçirilən görüşdə bildirib.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi, dayanıqlı inkişaf şəraitində ölkəmizdə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olduğunu vurğulayıb. S.Babayev ölkəmizdə əhali sakinliyi və demoqrafik inkişaf sahəsində hazırlanmış yeni Dövlət Proqramı layihəsi barədə məlumat verib. Nazir bu layihənin hazırlanmasında BMT Əhali Fondunun dəstəyini qeyd edib. O, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması, Karlov Universitetinin ekspertləri də cəlb edilməklə ölkəmizdə demoqrafik proqnozlaşdırma metodologiyasının hazırlanması məqsədilə birgə fəaliyyətin əhəmiyyətli olduğunu deyib.
Nazir bildirib ki, cari ilin fevral ayında imzalanmış yeni layihələr, nazirliklə BMT Əhali Fondu və BMT İnkişaf Proqramının "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması” və nazirliklə BMT Əhali Fondunun "Cəmiyyətin bütün yaşlar üçün qurulması: fəal yaşlaşma yolu ilə Azərbaycanda ahılların rifahının təşviq edilməsi” layihələri əməkdaşlıq müstəvisini daha da genişləndirib.
K.Kulessa ötən dövrdə BMT Əhali Fondu ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını qeyd edib. O, birgə layihələrin miqyasının yeni vacib hədəflərə doğru daim genişlənməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər