Təkcə qazancı deyil, cəmiyyəti də düşünürlər
"Mən neft quyularımın bir neçəsini satdım, əvəzində toxuculuq fabriki
açdım. Amma məndən soruşurdular ki, axı neft quyularından çıxan qazanc fabrikin
verdiyi mənfəətdən daha çox idi, nədən belə etdin? Mən isə deyirdim ki, fabrikdə
5 min nəfər çalışır, amma neft quyusunda 5 yüz nəfər işləyirdi”. Bu sözlər məşhur
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə aiddir.Onun bu fikri biznes adamının həm də cəmiyyəti düşünməsinin nə dərəcədə
vacib olduğunun bir göstəricisidir. O vaxt xeyriyyəçilik adlandırılan həmin
ifadə bu gün Korporativ Sosial Məsuliyyət (KSM) adlandırılır. Biz də hazırda
KSM proqramı çərçivəsində xeyriyyəçilik, hər hansı sosial problemin qabardılması
üçün şirkətlərimiz tərəfindən görülən və görüləcək işlərlə maraqlandıq.
Məşğulluq,
gəlir, xammal ehtiyatı ilə təminat...
"Azersun Holding” MMC-nin İctimaiyyətlə əlaqələr
departamentinin rəhbəriAfiq Səfərovun sözlərinə görə, KSM "Azersun Holding”in bütün müəssisə və bizneslərini
müşayiət edir. Şirkətin uğurlu KSM layihələri YUNİSEF və digər beynəlxalq
ekspertlər tərəfindən nümunə kimi bir çox ölkələrə təqdim olunub: "Hətta beynəlxalq
hesabatlarda "Azersun Holding”in təcrübəsi qeyd olunub. Onlardan İmişli Şəkər
Zavodunun həyata keçirdiyi KSM layihələrini qeyd edə bilərəm. Zavodu ölkədə fəaliyyət
göstərən yerli fermerləri şəkər çuğunduru toxumu, texnika, dərman və gübrələrlə
təmini, aqrar məsləhətlər verilməsi ilə bağlı bütün dəstəyi göstərir. Bu dəstəyin
nəticəsində həmin fermerlər yetişdirdikləri çuğunduru zavoda təhvil verirlər.
Burada həm insanların məşğulluğuna şərait yaranmış olur, həm gəlir əldə edirlər,
həm də zavodun xammal ehtiyatı ilə təmin olunmasına töhfələrini verirlər.İkinci
nümunə olaraq bizim kağıztoplama layihəmizi qeyd etmək istəyirəm. "Sun Tea” çay fabrikimizin həyata keçirdiyi addımları qeyd etmək
olar. Yeni çay plantasiyalarının salınması məqsədilə cənub bölgəsində yaşayan
fermerlərə avanslar veririk. Nəticədə yetişdirdikləri məhsulları zavoda təhvil
verirlər. Yaxud bizim yağ markalarımızın həyata keçirdiyi "Zeytun bağları" aksiyası çərçivəsində
Bakının müxtəlif ərazilərində zeytun ağaclarının əkilməsi işi aparılır. Bu zeytunların
qorunması istiqamətində həyata keçirilən layihələrdir. Azərbaycanda zeytun
tinglərinə qulluq layihəsini biz müvafiq icra hakimiyyəti orqanları ilə birgə həyata
keçiririk, yeni zeytun ağaclarının əkilməsi məqsədi ilə ağacları alırıq və icra
hakimiyyətlərinin ayırdığı ərazidə əhali ilə birgə bələdiyyələrin, icra nümayəndələrinin
fəal iştirakı ilə birgə zeytun ağaclarının əkilməsi və qulluq layihələrinin həyata
keçiririk. Yetişdirilən zeytunlar həm "Azersun Holding”ə, həm də digər zeytun
emal müəssisələrinə verilir. Onlarla belə təcrübəmiz var”.
"Bakcell”: Xüsusi qayğıya ehtiyacı
olan uşaqların cəmiyyətə inteqrasiyası və gənclərin təhsili...
"Bakcell”in mətbuat xidmətinin məlumatına
görə şirkət məsulliyyətli korporativ vətəndaş funksiyasını qürurla yerinə yetirir.
Bakcell-in KSM strategiyası iki istiqamətdə fəaliyyət göstərir: xüsusi qayğıya
ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və gənclərin təhsili: "Bakcell,
bütün uşaqların özlərini cəmiyyətin bərabərhüqüqlu üzvləri hesab etmələri
istiqamətində böyük rolunun olduğuna inanır. Şirkətin 2009-cu ildən başlayaraq
həyata keçirdiyi "Bakcell Stars” adlı KSM proqramının çox sadə bir məqsədi var:
xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım etmək. Bakcell öz KSM siyasəti ilə
ölkənin hər yerində yaşayan fiziki və emosional qüsuru olan uşaqlara və onların
ailələrinə ümid bəxş edir. Bu sahədə bizim əsas tərəfdaşlarımız bütün dünyada
qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş uğurlu layihələrə imza atan ”Save the Children”,
"SOS Uşaq Kəndləri”,
"Azərbaycana
Birgə Yardım” və "Sosial
Xidmətlər Təşəbbüsü” təşkilatlarıdır.
KSM
strategiyasının ikinci istiqaməti olan təhsil proqramının məqsədi gəncləri
informasiya-kommunikasiya texnologiyaları dünyası ilə daha yaxından tanış etmək,
onların bu sahədə bilik və bacarıqlarını artırmaq və ölkənin telekommunikasiya
sektorunda uğur qazanmaq potensialı olan gənc kadrları dəstəkləməkdir. Bu sahədə
Bakcell-in ən böyük tərəfdaşı JAA Azərbaycan təşkilatıdır. Bundan başqa, ölkədəki
bir sıra aparıcı universitetlərlə yaxından əməkdaşlıq edir, məzun layihələri həyata
keçiririk”.
Azercell: "Davamlı olaraq təqaüd və təcrübə proqramları həyata
keçiririk”
AzercellTelekom MMC-nin mətbuat xidmətindən bildirildi ki, şirkət ənənəvi xeyriyyəçilikdən
uzaqlaşmağa, daha konseptual korporativ sosial layihələr həyata keçirmək
istiqamətində fəaliyyət göstərməyə yön alıb: "Azercellin fəaliyyət istiqaməti
İnformasiya Kommunikasiya Texnologiyaları olduğundan, cəmiyyətimizin rəqəmsal
inkişafını, texnoloji tendensiyalarını dəstəkləyən layihələrə üstünlük veririk.
Konkret örnəklərə gəldikdə, məsələn uzun illər ölkənin ilik və yeganə "Uşaq
qaynar xətti”nin əsas dəstəkçisi olaraq biz bu il layihəni rəqəmsal platformaya
daşıdıq. Layihənin mobil tətbiq versiyası istifadəyə verildi. Bu yaxında İOS
üçün olan versiya da təqdim olunacaq. Uzun illərdən bəri uğurla davam edən
mobil göz və diş klinika layihələrimizin daha təkmilləşmiş formatı da təqdim
olunmaq üzrədir. Qısaca bildirək ki, mobil göz və diş klinikaları qaçqın və məcburi
köçkün, eləcə də sosial rifahı aşağı olan ailələrin uşaqlarına zəruri
oftalmoloji və dental xidmətlər təqdim edir. Növbəti mobil layihəmiz isə "Qan
klinikası”dır. Qan klinikası uşaqlarda mövcud olan xəstəliklərin ilkin mərhələdə
aşkarlanmasına yardım edəcək və bu dəfə biz nəticələrin əldə olunmasında insan
müdaxiləsini minimallaşdırmağı, maşınların rolunu artırmağı planlamışıq.Biz ölkədəki ilk Uşaq Paralimpiya Komitəsinin əsas tərəfdaşıyıq. Bu
il ötən illərdəki kimi, dekabr ayında 3-cü Respublika uşaq paraolimpiya
yarışları keçiriləcək. Hazırda tədris-təlim prosesləri davam edir. Biz gənclərin
asudə vaxtlarının səmərəli təşkili, eləcə də kitab oxuma vərdişlərinin möhkəmlənməsi
üçün "Gənclər kitab oxuyur” layihəsinə start vermişik. Azercell-də əsası
qoyulmuş Barama sahibkarlıq və innovasiya mərkəzi də rəqəmsallaşma
strategiyamızı əsas götürərək silsilə layihələr həyata keçirir.Təhsilə olan dəstəyimiz sosial məsuliyyətimizin ən vacib sahələrindəndir.
Azercell biz çox aparıcı universitetlərlə memorandumlar imzalayıb, davamlı
olaraq təqaüd və təcrübə proqramları həyata keçiririk”.
Şirkətdən o da bildirildi ki, Azercell 20 il ərzində Barama və tələbə təqaüdü proqramı xaric,
sponsorluq və ianələrə 20 milyon ABŞ dollarından çox vəsait sərf edib.
"Gələcəyimiz ulduz kimi parlasın!”
VEYSƏLOĞLU Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr
departamentinin müdiri İlham Məmmədov deyir ki, təmsil etdiyi şirkət daim kimsəsizlərə, şəhid ailələrinə, əlillərə, məcburi köçkünlərə,
veteranlara, qayğıdan uzaq qalan uşaqlara, qocalara diqqət və qayğı göstərərək
onların problemləri ilə yaxından maraqlanır: "Şirkətimiz hər il müəyyən olunmuş
strategiya əsasında KSM layihələr həyata keçirir. Bu layihələrə müxtəlif idman
yarışlarında idmançılarımıza maddi dəstək olmaq, hər il hemofiliyalı xəstələr
üçün qanvermə aksiyaları təşkil etmək və təşkilatçılara yardımçı olmaq, hərbi
hissələrdə əsgər və zabitlərlə görüşlər keçirmək, əqli cəhətdən geri qalmış və
kimsəsiz uşaqlar üçün müxtəlif şənliklər təşkil etmək, uşaq və qocalar evlərində
görüşlər, aztəminatlı, şəhid ailələri, əlil və veteranlara müxtəlif vaxtlarda
maddi dəstək göstərmək və s. daxildir”.
İ.Məmmədovun
sözlərinə görə, "Veysəloğlu” Şirkətlər Qrupu işçi heyətin bilik və bacarığının,
peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir: "Bunun üçün öz
hesabına ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir,
müxtəlif tədbirlər həyata keçirir. Şirkət respublikanın ali təhsil müəssisələrinə
yüksək bal ilə qəbul olmuş işçilərin və ya onların övladlarının təhsil haqqı ödənişlərinə,
eyni zamanda, əməkdaşlarının xarici ölkələrin ali təhsil müəssisələrində təhsil
alan övladlarının təhsil almalarına da daim yardımçıdır. Veysəloğlu Şirkətlər
Qrupu 2013-cü ildən etibarən "Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata
keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və
xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə
aylıq və illik təqaüdlər ödənilir. Həmçinin şirkətlər qrupunda əməkdaşlarımızın
şəxsi və peşəkar inkişaflarına yönəlik təlimlər, müxtəlif tədris layihələrinin
təşkili ilə məşğul olan "Veysəloğlu İnkişaf Mərkəzi” (VİM) fəaliyyət göstərir”.
Departament
müdiri bildirdi ki, 2017-ci il üçün də Şirkətlər Qrupunun KSM layihələri
hazırlanıb: "Əsas məqsəd dövlət və bir çox QHT alyansları tərəfindən həyata
keçirilən layihələrə dəstək olmaq, bir şirkət olaraq korporativ məsuliyyət
borcunu yerinə yetirməkdir. Cəmiyyətin aztəminatlı təbəqələrinin sosial
problemlərinin həlli istiqamətində icra olunacaq işlərin ardıcıllığını təmin edəcək
layihədə "Gələcəyimiz ulduz kimi parlasın!”, "Unudulmayanlar proqramı”,
"İstedadlı gənclər proqramı” və "Qayğının zamanı yoxdur proqramı” olmaqla 4
proqram əks olunub. Bu proqramlar sayəsində şəhid ailələrinin, Qarabağ əlillərinin,
valideynini itirmiş və ya maddi imkanı aşağı olan potensiallı tələbələrin
sosial-iqtisadi problemlərinin, eyni zamanda şirkətə yardım və dəstək ilə bağlı
ünvanlanmış müraciət məktublarının həllinə yönəlib”.
"Hyundai Motor Company”: İqtisadi,
ekoloji və sosial məsuliyyət...
Auto Azərbaycan şirkətinin Hyunadi markası üzrə marketinq meneceri Cavid Abasov bildirdi ki, şirkət öz fəlsəfəsi
daxilində yalnız qazanc əldə etməyi prioritet olaraq görməyib. Eyni zamanda ətraf
mühitdə olan problemlərə həssas yanaşmaqla bərabər, dünyanın daha yaxşı bir yerə
dönməsi üçün böyük səy göstərməkdədir. Hyundai markasının KSM fəaliyyəti
iqtisadi, ekoloji və sosial məsuliyyətlərə bölünür.
C.Abasov
deyir ki, yerli distribyutorluqlar digər
fəaliyyətlərində olduğu kimi KSM fəaliyyətlərinin aktiv olmasında da Hyundai
Motor Company-ni örnək almaqdadırlar. O cümlədən Hyundai markasının Azərbaycandakı
rəsmi distribyutoruolan Auto Azərbaycan
ətrafın yaxşılaşması üçün, cəmiyyətə faydalı olmaq üçün addımlar atmaqdadır və
Azərbaycanda KSM fəaliyyətlərini həyata keçirən yeganə avtomobil şirkətidir:
"Hyundai Azerbaijan 2010-cu ildə KSM fəaliyyətlərini özündə birləşdirən "Gələcəyimiz
üçün əl-ələ" proqramını yaratdı. Elə eyni ildə valideynlərini qəzada itirən
ailələrə dəstək layihəsi keçirən Hyundai bunun üçün geniş miqyaslı addımlar
atdı. KSM çərçivəsində qəza şəraitində valideynlərini itirən evlərə, uşaqlara
baş çəkərək onlara dəstəyin göstərilməsi oldu”.
C.Abasovun
sözlərinə görə, Azərbaycanda avtomobil şirkətləri arasında tək KSM fəaliyyəti
göstərən Auto Azərbaycan eyni duyarlılığı 2012, 2013 və 2014 cü illərdə də göstərərək
"Gələcəyimiz üçün əl-ələ" proqramı çərçivəsində ayrı-ayrılıqda müxtəlif
layihələr keçirib: "Hazırda "Gələcəyimiz üçün əl-ələ” proqramı "Yaşıl
ofis" proqramına üzvdür ki, bu da şirkətin minimum kağız istifadəsini
özündə əks etdirir. Şirkət daxilində toplanan kağızlar yenidən emal üçün təhvil
verilməkdədir. Növbəti aylarda avtomobil sektorunda yeni KSM layihələr həyata
keçirməyi planlaşdırırıq. Yeni layihə yollarda olan yol hərəkəti qaydalarının
pozulmasını aradan qaldırmaq üçün mümkün qədər geniş miqyası əhatə edəcək”.
Aygün
Asimqızı