• çərşənbə, 24 Aprel, 01:56
  • Baku Bakı 14°C

“TƏK” Yaradıcılıq Platformasının ilk tamaşası nümayiş olunub

20.06.19 14:30 691
“TƏK” Yaradıcılıq Platformasının ilk tamaşası nümayiş olunub
Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində "TƏK” (TeatrƏdəbiyyatKino)” Yaradıcılıq Platformasının ilk tamaşası - "İt ürəyi” nümayiş olunub.
AZƏRTACxəbər verir ki, Mixail Bulqakovun eyniadlı povesti əsasında qurulmuş tamaşanın müəllifi rejissor Asiman Ağa Rövşən, Platformanın bədii rəhbəri teatrşünas Dağlar Yusifdir.
Tamaşada aktyorlar Əməkdar artistlər Qasım Nağı, Ayşad Məmmədov, aktyorlar Vüsal Murtuzəliyev, Günay Əhməd, Asiman Ağayev, Nurlan Süleymanlı, Etibar Abdullayev, Rəfiqə Məmmədova və Tunar Əlizadə çıxış ediblər.
banner

Oxşar Xəbərlər