• cümə axşamı, 28 mart, 22:36
  • Baku Bakı 13°C

"Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik"

14.12.18 11:37 386
"Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik"
Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik.
Trend-in məlumatına görə, bunu Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron Bakıda İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında çıxış edərkən deyib.
O qeyd edib ki, Azərbaycan gənclər üçün innovasiyalı, bu günün çağırışlarını qət etmək üçün təkliflər edir, onların həyata keçməsi üçün yaxşı şərait yaradır: "Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında iştirak etdiyimə görə çox şadam. İlk növbədə, Azərbaycanın bu konfransa ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm".
Q.Barron bildirib ki, biz daha yaxşı hərəkət etməli və dünyada hansı çağırışlara əməl etməyimizi bilməliyik: "Eyni zamanda bu gün biz dəyişikliklər haqqında düşünməliyik. Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlim dəyişikliyi sahəsində 1.5 dərəcə istiliyin artdığını bilirik. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təsirlərə hazır olmalıyıq. Çünki onlar bizim həyatımıza təsir göstərəcək”.
Parlamentlərarası İttifaqın prezidenti vurğulayıb ki, 7 nəsil qabağa baxanda bugünkü şəraitin olmayacağını görməliyik: "7 nəsildən sonra ərzaqla bağlı çətinliklər yaranacaq. Bu gün dəniz hövzələri təhlükə altındadır. 6 milyard ton balıq ehtiyatlarımız son 10 ildə məhv olub. Gəlin səhv etməyək. Biz seçimlərimizi düzgün etməli, qərar qəbul edəndə onların cəsarətli olmasını təmin etməliyik. Çünki gənclərimizin taleyi bizim addımlarımızdan asılıdır”.
Q.Barron qeyd edib ki, gələcəklə bağlı işlər, təklif olunan rəylər cəsarətli olmalıdır: "Gənc siyasətçilərə bu sahədə arxalanır və əminəm ki, onlar bizim gələcək dünyamızı quracaqlar. Siz bizim gələcəyimizin təminatçısınız. Bugünkü çağırışlara olan cavab tədbirləri gənclərsiz mümkün olmayacaq. Gənclərlə bağlı qərarlar onlarsız qəbul edilməməlidir. Biz onları dəstəkləməliyik. Təhsil və elmlə silahlanaraq yoxsulluğun qarşısını ala bilərik. Biz təhsili xərc kimi deyil, üstünlük, borc kimi qarşılamalıyıq. İnsanlarla bağlı problemlər təhsillə həll edilməlidir”.
banner

Oxşar Xəbərlər