• cümə, 29 Mart, 11:04
  • Baku Bakı 5°C

Təhsil Problemləri İnstitutunun əməkdaşları Bakı-Moskva-Astana görüşündə

21.05.15 12:12 1117
Təhsil Problemləri İnstitutunun əməkdaşları Bakı-Moskva-Astana görüşündə
“Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda “vasitəçi dil” kimi” mövzusunda Moskva-Bakı-Astana videokörpüsü keçirilib. “RİA Novosti”nin akt zalında Rusiyaya canlı olaraq yayımlanan dəyirmi masada ölkəmizi Təhsil Problemləri İnstitutunun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət ekspert kimi təmsil edib. İnstitutun direktoru Qulu Novruzovun rəhbərliyi ilə bu şöbə institutda yeni yaradılıb. ARTPİ beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Kaspi”yə verilən məlumata görə, videokörpüdə Bakıdan həmçinin institutun böyük elmi işçisi, rus dilli mütəxəssis Aidə Qasımova, ali və orta məktəbdə rus dilini tədris edən müəllimlər və mətbuat işçiləri iştirak ediblər.
Videokörpü çərçivəsində rus dilli beynəlxalq təhsil və mədəniyyətlə bağlı layihələr təqdim olunub, onların reallaşdırılmasından söhbət açılıb. Tədbirin iştirakçıları MDB ölkələrində rus dilinin inteqrativ proseslərdə inkişafı potensialı ilə bağlı müzakirələr ediblər. Bakı-Moskva-Astana multimedialı videokörpü “Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda “vasitəçi dil” kimi” mövzusunda keçirilən görüş Rusiya Federasiyasının Elm və Təhsil nazirliyinin dəstəyi ilə keçirilib.
Moskvadan videokörpüyə qatılanlar S. Baişev adına Universitetin (Almaniya) beynəlxalq laboratoriyasının rəhbəri Yekaterina Kudryavseva, A.S. Puşkin adına Rus dili Dövlət İnstitutunun elmi fəaliyyətin idarə olunmasının rəisi Tatyana Kudoyarova, “Müasir təhsil texnologiyaları mərkəzi”nin baş direktoru Serqey Bulanov, Moskva Dövlət Regional Universitetinin müasir rus dili kafedrasının müdiri Pavel Lekant, NİU VŞE metodik mərkəzin rəhbəri Aleksandr Serov, A.S. Puşkin adına Rus dili Dövlət İnstitutunun professoru Nataliya Braqina, şair Dmitriy Makarov və rusiyada olan azərbaycanlı diasporanın nümayəndələri, ali və orta məktəbdə çalışan rus dili müəllimləri, mətbuat nümayəndələri idi.
Astanadan jurnalistlər və tələbələr də videokörpüyə qoşulublar. “Müasir təhsil texnologiyalarının mərkəzi”nin baş direktoru Sergey Bulanov, dəyirmi masada çıxışında keçmiş Sovet İttifaqı ölkələrində rus dilinin rabitəli və ən rahat vasitəçi dil olduğunu bildirib. O, MDB-nin müəllimlərinin fəallığını daha çox təhsillə bağlı rusdilli web layihələrində gördüyü üçün əminliklə rus dilinin asan vasitəçi dil olduğunu da xüsusi olaraq vurğulayıb: “Dostluq artıq coğrafi deyil, intellektual prinsiplərə əsaslanaraq yaranır”.
Dəyirmi masada Bakıdan canlı yayım təşkil edilib. ARTPİ-nin şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət öncə tədbirə qatılanların hamısına Odlar Yurdundan salamlarını çatdırıb. Sonra 2005-ci ildən başlayaraq internet məkandan istifadə edərək orta məktəbdə çalışdığı dövrlərdə qoşulduğu rus dilli layihələrdən danışıb. Öz təcrübəsindən danışan Almaz xanımın çıxışı iştirakçıların böyük marağına səbəb olub. Almaz xanım bildirib ki, hələ 2006-cı ildən qatıldığı yarışmaların ən uğurlusu “300 İntellektual məktəb” beynəlxalq müsabiqəsindəki fəaliyyəti idi. Bu müsabiqəyə müxtəlif xarici ölkələrdən qoşulmuşdular.
Sonra ARTPİ-nin böyük elmi işçisi Aidə Qasımova institutun direktrou Qulu Novruzovun rəhbərliyi ilə institutda həyata keçirdikləri işlərdən danışıb. O, rus dili ilə bağlı standartların hazırlanmasından, rus dilinin tədrisi və onun müasir metodikaları ilə bağlı geniş məlumat verib. Videokörpü boyu Moskva və Bakı mütəxəssisləri arasında maraqlı müzakirələr aparılıb. Sonda rus dilinin tədrisinin daha da mükəmməlləşdirilməsi üçün buna bənzər dəyirmi masaların sayının artmasına və daim birgə əməkdaşlıq çərçivəsində işlərinin görülməsi qərara alınıb. Gələcəkdə MDB ölkələrində rus dilinin tədrisi ilə bağlı davamlı olaraq yeni layihələrin hazırlanacağına, bu sahədə onların reallaşdırılmasında birgə fəaliyyətlərindən məmnun olacaqlarını bildiriblər.
BMM-nın RİA NOVOSTİdə keçirilmiş Mockva -Bakı -Astana videokörpü CBC TV kanalı və internetdə canlı yayımlanıb.

banner

Oxşar Xəbərlər