• cümə, 29 Mart, 06:15
  • Baku Bakı 5°C

Təhsil Problemləri İnstitutunda Qafqaz Universitetinin rektoru ilə görüş keçirilib

23.01.15 15:21 1704
Təhsil Problemləri İnstitutunda  Qafqaz Universitetinin rektoru ilə görüş keçirilib
Təhsil Problemləri Qafqaz Universitetinin rektoru Ahmet Saniçla görüş keçirilib. TPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Kaspi”yə verilən məlumata görə, görüşdə çıxış sözü ilə qonaqları salamlayan Qulu Novruzov öncə rəhbərlik etdiyi Təhsil Problemləri İnstitutunda aparılmış struktur dəyişiklikləri və yeni yaradılmış şöbələr, kadr dəyişiklikləri barədə məlumat verib. İnstitutun əsas fəaliyyəti və apardığı tədqiqatları barədə danışan direktor ölkə başçısının “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın da təsdiq edilməsi barədə qonaqlara məlumat verib. Q.Novruzov Azərbaycan təhsilinin məzmununun məhz bu institutda, institutun əməkdaşları və fənn mütəxəssilərinin sayəsində hazırlanması prosesindən söhbət açlb.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç rəhbərlik etdiyi Universitetin fəaliyyəti və orada son zamanlar daha çox önəm verəcəkləri pedaqoji ixtisasın mükəmməlləşdirilməsi işində Təhsil Problemləri İnstitutu ilə sıx əlaqə saxlamaq istədiklərini bildirib. Rektor bir neçə sahə üzrə xüsusilə də pedaqoji sahədə birgə layihələr , müəllim hazırlığı, birgə elmi əsərlərinin hazırlanması, TPİ-də mövcud olan işçi qruplarda nümayəndələrinin olması üçün əməkdaşlığın və s. olması barədə təkliflərini səsləndirib. Qonaq təhsil məzmunu üzrə əlaqəli araşdırmaların və birgə əməkdaşlıq sayəsində tədris prosesində müəllimlərin və tələbələrin uyğun fəaliyyətlərini birlikdə aparmağı və həmçinin distant təhsil üçün də institutun kadr potensialı və məzmunundan istifadə etmək təkliflərini deyərək təhsilə birgə töhfələrini verəcəklərini söyləyib.
Qulu Novruzov Təhsil Problemləri İnstitutunun Qafqaz Universiteti ilə yanaşı hamı ilə əməkdaşlığa açıq olduğunu vurğulayıb: “Bütün əməkdaşlıqlara hazırıq, əsas odur ki, Azərbaycanın davamlı inkişafı naminə lazımı və yüksək səviyyədə keyfiyyətli, əsl bacarıqlı, yüksək təshilli kadr hazırlığına nail olaq”.
Görüşdə Qafqaz Universitetinin Pedaqoji fakultəsinin dekanı Erdal Karaman, həmin universitetin Pedaqoji tədqiqat və inkişaf mərkəzinin müdiri Cəmil Məmmədov, Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov, şöbə müdirləri Bibixanım İbadova, Almaz Həsrət, İlham Cavadov iştirak ediblər.
banner

Oxşar Xəbərlər