• cümə axşamı, 25 aprel, 12:45
  • Baku Bakı 23°C

Təhsil Problemləri İnstitutunda 2015-ci ilin planları müzakirə edildi

16.01.15 15:06 1204
Təhsil Problemləri İnstitutunda 2015-ci ilin planları müzakirə edildi
Təhsil Problemləri İnstitutunda Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri baxımından 2015-ci ildə elmi-tədqiqat işlərinin başlıca istiqamətləri mövzusunda və hazırlanacaq “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: perspektivlər, vəzifələr” kitabının mündəricatının müzakirəsi keçirildi. TPI-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Kaspi”yə verilən məlumata görə, institutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müasir dövrdə təhsil sisteminin başlıca vəzifələri barədə danışaraq “İnsan kapitalının inkişaf etdirmək və Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, yüksək keyfiyyətli vətəndaş və şəxsiyyət yetişdirmək, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq üçün elə təhsil sistemi yaratmaq lazımdır ki, səriştəli təhsilverənlərə və ən yeni texnologiyalara əsaslansın”- deyə bildirdi. İnstitut direktoru həmçinin infrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutacaq təhsil sistemi yaratmağın vacibliyini vurğuladı. “Bütün bunların fəaliyyətə keçirilməsi işində institutun üzərinə böyük məsuliyyət düşür və çox böyük tədqiqatların aparılmasına ehtiyac var”.
İnstitutun direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasova Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri baxımından 2015-ci ildə elmi-tədqiqat işlərinin başlıca istiqamətləri mövzusunda təqdimatla çıxış edərək Təhsil Problemləri İnstitutunda reallaşdırılacaq Dövlət Strategiyasından irəli gələn tədqiqat istiqamətlərini açıqladı. Ə. Abbasov təqdimatında səriştəyə əsaslanan şəxsiyyətyönümlü məzmunun yaradılması üzrə, yüksək nüfuzlu təhsil verənlərin formalaşması, yeni idarəetmə sisteminin, yeni infrastrukturun, yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması və s. məsələlər üzrə pedaqoji problemləri əks etdirən istiqamətlərdən danışdı. Çıxışında pedaqoji problemləri əks etdirən istiqamətlər üzrə mövzuları açıqlayaraq, göstərilən nümunələrə dair məsələlərə toxundu. Sonra Ənvər Abbasov gündəliyin ikinci hissəsinin mövzusu olan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası: perspektivlər, vəzifələr” kitabının mündəricatı barədə məlumat verdi və hazırlanacaq kitabın mündəricatı ətrafında fikir mübadiləsi aparıldı.
İclasda Təhsil Problemləri İnstitutunun direktor müavinləri, elmi məsləhətçilər, şöbə müdirləri iştirak ediblər.
banner

Oxşar Xəbərlər