AZE | RUS | ENG |

Təhsil Problemləri İnstitutunda 2015-ci ilin ilk kursu

Təhsil Problemləri İnstitutunda 2015-ci ilin ilk kursu
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Növruzovun "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmununu əsas götürməsi TPİ-də uyğun kursların keçirilməsini zəruri sayıb. Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən “Kaspi”yə verilən məlumatda bildirilir ki, bu məqsədlə 29-30 dekabr 2014-cü il tarixlərindən 2015-ci ilin ilk yanvar ayının 30-a qədər növbəti kurslar keçirilir. “2015-ci ilin ilk həftəsində Azərbaycan müəllimləri növbəti məsafədən təhsil (distant) kursuna qatıldılar. İnstitutun direktoru Azərbaycanda təhsilverənlərin və təhsilalanların maraqlarına uyğun olaraq tədrisin daha maraqlı olması üçün elektron dərs resurslarının hazırlanması prosesində və internetdə milli resursların sayının artması zərurətindən irəli gələn işlərin reallaşdırılmasında institut nəzdində keçirilən "Elektron məktəb üçün elektron müəllim" kursuna müəllimlərin marağının dayanmadan artmasını alqışlayır”. Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən verilən məlumata görə, institutda "Elektron məktəb üçün elektron müəllim" kursu Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilir. Kursun 2 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə keçirilib, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində davam edəcək. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, "workshop", debat və müxtəlif Veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur. Təhsil Problemləri İnstitutu nəzdində təşkil olunmuş kursun keçirilməsi zamanı aşağıdakı mövzulara toxunulub: "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. daxildir. Sözügedən kurslarda sonda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır. Kursda ölkənin pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri iştirak edirlər. İlin ilk kursuna Bakı şəhəri ilə yanaşı Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb. “Elektron məktəb üçün elektron müəllim” təlim kursunu uğurla başa vuran müdavimlərə 2015-ci ilin yanvar ayının sonunda sertifikatlar təqdim olunacaq. Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805