• cümə, 26 Aprel, 01:08
  • Baku Bakı 16°C

Təhsil Nazirliyi: Zəlzələ baş verən ərazilərdə dərslər davam edir

06.02.19 11:39 592
Təhsil Nazirliyi: Zəlzələ baş verən ərazilərdə dərslər davam edir
Məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib.
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyevdən aldığımız xəbərə görə, zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar əmələ gəlib.
Hazırda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan çəkən məktəblərə baxış keçirirlər.
banner

Oxşar Xəbərlər