• şənbə, 20 Aprel, 01:26
  • Baku Bakı 15°C

Təhsil nazirindən Türkiyədə oxumaq istəyənlərə xəbərdarlıq

22.05.13 13:52 1436
Təhsil nazirindən Türkiyədə oxumaq istəyənlərə xəbərdarlıq
Lent. az-ın məlumatına görə, bunu Türkiyənin təhsil naziri Nəbi Avcı təhsil naziri Mikayıl Cabbarovla keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Nəbi Avcı deyib ki, bəzi mövcud olmayan universitet ixtisasları üçün tələbələrə yalançı vədlər verirlər: “Azərbaycandan Türkiyəyə gəlmək istəyən tələbələr Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edəcəkləri təqdirdə ziyan görməyəcək. Fəaliyyəti bəlli olmayan vasitəçi qurumlara etibar edilməməlidir. Türkiyədəki universitetlərə qəbulla bağlı internetlə müraciət artıq mümkün olduğu üçün ya birbaşa onların özlərinə, ya da Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etməklə daha etibarlı məlumatlar ala bilərlər. Türkiyə Azərbaycandan oxumağa gələn azərbaycanlı gənclərin burada hər hansı bir problemlə üzləşməsini istəmir. Bunun üçün azərbaycanlı gənclərin Türkiyəyə oxumağa ən yaxşı və etibarlı yollarla gəlmələrini arzulayırıq. Azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almalarından çox şadıq”.
banner

Oxşar Xəbərlər