• çərşənbə axşamı, 23 aprel, 21:25
  • Baku Bakı 20°C

Təhsil naziri rektora şiddətli töhmət verdi

30.07.13 15:12 1798
Təhsil naziri rektora şiddətli töhmət verdi
İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olub.
Təhsil Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş keçirilib. Görüşdə təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilib. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak ediblər. Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilib, nazirliyin müvafiq qurumlarının və yerli təhsil orqanlarının rəhbərlərinə tapşırıqlar verilib.
Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.
banner

Oxşar Xəbərlər