• cümə axşamı, 25 aprel, 19:22
  • Baku Bakı 21°C

Təhsil naziri: "Bu il birinci siniflərə 165 min uşaq qəbul olunub"

10.10.17 14:19 1373
Təhsil naziri: "Bu il birinci siniflərə 165 min uşaq qəbul olunub"
"Məktəbəhazırlığın uşaqların gələcək inkişafı və təhsilində müstəsna rolu nəzərə alınaraq, ötən dərs ilində bütün bölgələrdə dövlət büdcəsi vəsaiti hesabına 5 yaşlıların 55 faizi təhsilə cəlb edilib, cari ildə isə 65 faizə çatdırılması nəzərdə tutulub".
Bu barədə təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, 2020-ci ilədək bu rəqəmin 90 faizə yüksəlməsi planlaşdırılır. O, bildirib ki, bu, dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə bərabərdir: "Bakı şəhərində birinci siniflərə şagird qəbulu prosesi tam elektronlaşdırılıb, elektron xidmət vasitəsilə 50 minə yaxın uşaq paytaxt məktəblərinə qəbul edilib. Son illərdə birinci siniflərə qəbul xeyli artıb. Belə ki, 2013-cü ildə bu göstərici 138 min təşkil edirdisə, bu il birinci siniflərə 165 min uşaq qəbul olunub. Strategiyada təhsilin keyfiyyətinin başlıca prioritet elan olunduğu nəzərə alınaraq, 2017-2018-ci dərs ili "Ümumi təhsildə keyfiyyət ili” elan edilib. İlin nəticələrinin təhlili əsasında təhsil müəssisələri üçün keyfiyyət meyarlarının işlənməsi, bu meyarlara uyğun olaraq ümumtəhsil məktəblərinin fəaliyyətinin qiymətləndirilməsi, innovativ müəllimlərin aşkara çıxarılması sahəsində tədbirlər həyata keçiriləcək".
banner

Oxşar Xəbərlər