• cümə, 19 Aprel, 07:32
  • Baku Bakı 13°C

Təhsil naziri Bilik günü münasibətilə təbrik ünvanladı

15.09.14 10:45 1041
Təhsil naziri Bilik günü münasibətilə təbrik ünvanladı
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təbrikdə qeyd olunub ki, məktəblər nə qədər keyfiyyətli təhsil, müəllimlər uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyət və dövlət o qədər güclü olacaq və daha da inkişaf edəcək.
Təbrikdə ölkədə təhsilin inkişafının hamıdan birbaşa asılı olduğu vurğulanıb. Nazir, Azərbaycan təhsilinin milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəyinə, dünya təhsil sistemində öz layiqli yerini tutacağına inandığını bildirib: “Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram. Hər şey ilk addımdan başlayır. Bu il ilk dəfə olaraq birinci sinfə gedəcək balaları, SABAH qruplarında oxuyacaq tələbələri, müəllim andı içərək pedaqoji fəaliyyətə başlayacaq müəllimləri bir daha təbrik edirəm”.
banner

Oxşar Xəbərlər