Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb

Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb

Siyasət
11 İyun 2019, 14:08 218
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, sərəncamda deyilir ki, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.