• cümə axşamı, 25 aprel, 03:56
  • Baku Bakı 19°C

Təhsil müəssisələrinin akkreditasiya rüsumunun dərəcələri açıqlanıb

01.04.19 20:32 542
Təhsil müəssisələrinin akkreditasiya rüsumunun dərəcələri açıqlanıb
Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri açıqlanıb.
Trend-in məlumatına görə, "Dövlət rüsumu haqqında" qanuna əlavə edilməsi təklif olunan 32-1-ci maddəyə əsasən, məktəbəqədər, ümumi, məktəbdənkənar, ali, əlavə təhsil müəssisələri, eləcə də peşə, orta ixtisas təhsili müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrin akkreditasiyasının keçirilməsinə görə 20 manat dövlət rüsumu tutulacaq.
Bundan başqa, "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanuna 5.2-ci maddənin əlavə edilməsi təklif olunur:
"5.2. Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə uyğun olaraq, təhsil müəssisələrində tədris digər dillərdə də aparıla bilər".
banner

Oxşar Xəbərlər