AZE | RUS | ENG |

Təhsil İnstitutu doktorantura və dissertantura iddiaçıları üçün xaricdə təhsil imkanı yaradıb

Təhsil İnstitutu doktorantura və dissertantura iddiaçıları üçün xaricdə təhsil imkanı yaradıb
Təhsil İnstitutu doktorantura və dissertantura iddiaçıları üçün xaricdə təhsil almaq imkanı yaradıb.
 
İnstitutdan APA-ya verilən məlumata görə, 2017-2018-ci tədris ilində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə Təhsil İnstitutunda təhsil alanlar arasında fərqlənənlər üçün xaricdə mübadilə proqramları vasitəsi ilə tədqiqat aparmaq və təcrübə keçmək, yerli layihələrə cəlb olunmaq və təqaüd almaq imkanları yaradılıb.
 
Bildirilib ki, 2017-ci ilin dekabr ayının sonlarında Təhsil İnstitutu 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edib. Hazırda sənəd qəbulu davam edir. Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatına əsasən İnstitutda hal-hazırda aşağıdakı elm sahələri və ixtisaslar mövcuddur: təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, təhsilin təşkili və planlaşdırılması, ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, korreksion pedaqogika və pedaqoji psixologiya.
 
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu 29 yanvara kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Təhsil İnstitutunun I korpusunda Elmi-pedaqoji kadr hazırlığı şöbəsində həyata keçirilir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000