• cümə, 19 Aprel, 21:07
  • Baku Bakı 24°C

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

03.08.17 14:10 1104
Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb
Bakı məktəblərinin məzunları bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)APA-ya verilən xəbərə görə, paytaxtın ümumi təhsil müəssisələrinin 5 məzunu bütün test suallarını düzgün cavablandıraraq 700 bal toplayıb.
Onlar Bakı şəhərindəki Etibar Əliyev adına 162 nömrəli məktəbin məzunu Mahirə Məhəbbət qızı Əsədzadə, 220 nömrəli məktəb-liseyin məzunuXalidə Vüqar qızı Əliyeva, Pərviz İsmayılov adına 278 nömrəli tam orta məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova, Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova və 287 nömrəli "Zəkalar” liseyinin məzunu Nemət Kamran oğlu Yusifovdur.
Qeyd edək ki, bu il ümumilikdə Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında I, II, III və IV ixtisas qrupları üzrə 15 nəfər 700 bal toplayıb.
banner

Oxşar Xəbərlər