AZE | RUS | ENG |

"Təhsil haqqında” qanuna dəyişikliklər edilir

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
 
APA-nın məlumatına görə, qanun layihəsinin əsas anlayışlar hissəsinə bununla bağlı 1.0.55 (Təhsil xidmətləri) maddəsi əlavə edilir.
 
Layihədə bildirilir ki, təhsil xidmətləri – müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi, təhsil müəssisəsində tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə Azərbaycanda hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, ilk peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlxalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlərdir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779