• şənbə, 20 Aprel, 03:28
  • Baku Bakı 15°C

Təhsil - Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqaməti

18.01.17 12:30 2096
Təhsil - Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm istiqaməti
Müasir dünyada hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Belə ki, təh­si­lin inkişafı dünya dövlətlərinin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Bu ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə son illərdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zən­gin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə in­san kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət kimi seçmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu mü­hüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Son illərdə öl­kə­miz­də heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu proses ən ucqar kəndlərimizdən tutmuş mərkəzə qədər sistemli şəkil almışdır. Məktəblərin maddi-texniki baza­sı­nın gücləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Bütün orta təhsil ocaqlarında in­ter­ne­tə qoşulmuş kompyuter sinifləri, elektron siniflər yaradılmışdır.
Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər is­lahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Azər­baycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlamışdır. Ulu öndər Heydər Əli­yev 1969-cu ildən başlayaraq Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, on­ların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət et­miş­dir. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sa­yı­lan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olmuşdur.
Azərbaycan xalqı xoşbəxtdir ki, bu gün ölkə başçısı ümummilli liderin həyata ke­çir­diyi həmin siyasəti uğurla davam etdirir. Yeni dövrün tələblərinə cavab verən fəal maarifçilik kur­sunun həyata keçirilməsi, intellektual potensialın gücləndirilməsi, mütərəqqi islahatların tətbiqi yo­lu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, Avropa təhsil məkanına inteqrasiya ölkədə real­laş­dırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Təhsilin bütün istiqamətlər üzrə ta­razlı inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan, dövlətin son illərdəki maliyyə im­kan­la­rı bu sahədə qlobal layihələri həyata keçirməyə münbit şərait yaratmışdır.
Dövlət büdcəsindən təhsilə ayrılan xərclər də hökumətin bu sahənin key­fiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Ayrılmış vəsaitlər "Azər­baycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”na və "2011-2021-ci illərdə Azər­bay­can təhsilinin inkişafı üzrə Milli Strategiya”ya uyğun olaraq təhsil sisteminin inkişafına yö­nəl­dil­miş dövlət proqramlarının və layihələrin həyata keçirilməsinə, təhsil infrastrukturlarının müasir tə­ləb­lərə uyğun qurulmasına, təhsilin məzmununun yeniləşməsinə və informasiya-kommunikasiya tex­nologiyaları­nın tətbiqinə geniş maliyyə təminatı yaratmışdır.
Ölkəmizin qarşıdakı illərdə sosial-iqtisadi və mədəni inkişaf yollarını müəyyənləşdirən "Azər­baycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ənənəvi iqtisadiyyatdan "bilik iqtisa­diy­yatı”na keçidin əsasının qoyulması, bunun üçün həlledici amil olan insan kapitalının inkişafının ön plana çəkilməsi nəzərdə tutulmuşdur. Bu ba­xım­dan hazırda 2013-cü ildə təsdiq olunmuş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın prioritet is­ti­qamətləri üzrə ciddi tədbirlər həyata keçirilir. Təhsil sistemində şəffaflığın təmin edilməsinə, yeni ya­naşmaların tətbiqinə, müasir idarəetmə modelinə keçilməsinə, kadr potensialının səriştə ba­xı­mın­dan gücləndirilməsinə xüsusi diqqət yetirilir. Müəllim peşəsinin ictimai nüfuzu yüksəlir, icbari təh­si­lin keyfiyyəti yaxşılaşır, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq im­ka­nı yaradılır, yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verilir. Onların milli-mə­nə­vi ruhda böyüməsi, yad təsirlərdən və zərərli təbliğatdan qorunması üçün müxtəlif proqramlar real­laşdırılır.
Təhsil sahəsində ən diqqət çəkən nəticələr həm də məktəb binalarının tikintisinin geniş vüsət al­­ması ilə bağlıdır. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tip­­li yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə baş­çı­­sının fərman və sərəncamlarında öz əksini tapmışdır. 2016-2017-ci tədris ilinin başlanğıcında bir sı­ra tədris obyektlərinin tikintisi və təmiri başa çat­­dırılmış, eyni zamanda yenilərinin təməli qo­yul­muş­dur. Bu gün Azərbaycanın elə bir regionu yox­dur ki, orada məktəb binası tikilməsin, yaxud möv­cud məktəblər təmir edilməsin. Nəticədə əksər məktəblərdə çoxnövbəlilik ara­dan qaldırılmış, beş­günlük iş həftəsinə keçilmişdir.
Bu gün təhsil siyasəti ümummilli liderimizin təməlini qoyduğu, möhkəmləndirdiyi etibarlı zə­min üzərində davam və inkişaf etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab İlham Əliyevin böyük səyləri sayəsində təhsil Azərbaycanın davamlı inkişaf stra­te­gi­yasının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Dövlət başçısının sözləri ilə desək: "…İq­ti­sa­di inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi də­yərləri, iq­ti­sa­di potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək hə­ya­tı­nı müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual po­ten­sialı möhkəmlənir”.
Təhsilin inkişafına göstərilən yüksək diqqət həm də Azərbaycanın dünya miqyasında ta­nı­dıl­ma­sına, öz layiqli yerini tutmasına xidmət edir. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda müs­təqil Azərbaycan dövləti öz inkişafını sadəcə, təbii sərvətlərin gətirdiyi gəlirlərə bağlamır, həm də mövcud resurslarını güclü insan kapitalının formalaşdırılması yönündə qurur. Respublika iqti­sa­diyyatının yüksək inkişaf tempi təhsilin dünya standartları səviyyəsinə qalxması üçün yeni dövrün tə­ləb­lərinə cavab verən çevik islahatlar aparmağa imkan yaratmışdır. Döv­lət başçısının bu sahəyə xü­susi diqqətlə yanaşması həm də müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, il­dən-ilə daha geniş maliyyə imkanları qazanması ilə bağlıdır. Belə mühüm mərhələdə mövcud uğur­ların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Son illərdə təhsilin inkişafına xidmət edən fərman və sərəncamların imza­lan­ma­sı, dövlət proqramlarının təsdiq edilməsi ölkə rəhbərinin bu sahəyə necə böyük həssaslıqla, diqqətlə ya­­naşdığını əyani surətdə təsdiqləməkdədir. Ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl təd­birlər nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişafla yanaşı, elmi intellektual tərəqqiyə nail olun­muş, dövrün tələbləri ilə uzlaşan təhsil islahatları həyata keçirilmişdir. Bu gün Azərbaycanda mil­li maarifçilik ənənələri saxlanılmaqla, dünya təhsil sisteminə inte­qrasiya prosesi gedir. Ölkəmizdə təh­silin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli, müəllim kadrların hazırlığı, inkişaf et­miş dövlətlərin bu sahədəki təcrübəsinin mənimsənilməsi, ümumtəhsil məktəblərində kompüter və in­formasiya texnologiyalarının geniş tətbiqi məsələləri də dövlət başçısının xüsusi diqqət mər­kə­zin­də­dir. Dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən-ilə artırılması bu sahənin keyfiyyətcə ye­ni­ləş­məsi üçün ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə imkan vermişdir.
Ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prio­ritet istiqamət təşkil edir. Son illər yeni inkişaf yoluna qədəm qoyan muxtar respublikamızda təh­sil sahəsinə də böyük qayğı göstərilir. Müasir tələblər səviyyəsində inşa olunan təhsil müəs­si­sə­lə­ri bu sahənin inkişafına yeni üfüqlər açır. Məktəb tikintisi təkcə Naxçıvan şəhəri və ya rayon mər­kəz­ləri ilə məhdudlaşmır, həmçinin ucqar dağ və sərhəd kəndlərində də ən müasir tələblərə cavab ve­rən, perspektivə hesablanmış yeni məktəb binaları tikilir. İstifadəyə verilən məktəblərin hər bi­rin­də müasir texniki avadanlıqlar quraşdırılmış, kitabxanalar, idman zalları, fənn kabinələri, la­bo­ra­to­ri­ya­lar yaradılmış, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarına verilmişdir.
Dövlətimiz hər zaman müəllimlərin, qabaqcıl təhsil müəssisələrinin əməyini yüksək qiymət­lən­dirir, onları ali təltiflərə layiq görür. Bu il muxtar respublikadan 5 müəllim və 3 məktəb "Ən yaxşı müəllim” və "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində mü­vəf­fə­qiyyət qazanaraq, mükafata layiq görülmüşlər. Müəllim əməyinin yüksək qiymətləndirilməsinin və ən ucqar dağ kəndlərində belə, müasir memarlıq üslubunda məktəb binalarının tikilməsinin, onların hər cür maddi-texniki baza ilə təmin olunmasının nəticəsidir ki, ali məktəbləri yenicə bitirmiş kadr­lar da tərəddüd etmədən bu təhsil ocaqlarında pedaqoji fəaliyyətə başlayırlar.
Məktəblərin pulsuz dərslik və bədii ədəbiyyatlarla təminatının diqqət mərkəzində sax­la­nıl­ma­sı, məktəb kitabxanalarının komplektləşdirilməsi də bu sahəyə göstərilən yüksək dövlət qay­ğı­sı­nın parlaq ifadəsi kimi diqqəti cəlb edir.
Sevindirici məqamlardan biri də odur ki, bu gün dövlətin qayğısı ilə əhatə olunmuş məktəblərin si­ya­­hısında bizim təhsil ocağı da var. Ölkədə təhsilə qayğı bu tarixi ənənəyə malik məktəbin yenidən qu­­rulmasında əhəmiyyətli rol oynamışdır. 2011-ci ildə məktəbimizdə aparılan əsaslı təmir bizi se­vin­­dirdi. Yüksək sə­viy­yə­­də təmir olunmuş sinif otaqları, İKT avadanlıqları ilə təchizat məktəbdə təhsilin keyfiyyətinin yük­­səlməsinə səbəb olmuşdur.
Bu qayğının əvəzində Azər­bay­can dövlətinə sədaqətli vətəndaşlar yetişdirmək kimi şərəfli vəzifənin yerinə ye­ti­ril­­məsi üçün bütün səylərimizi bundan sonra da səfərbər edəcək, məsuliyyətimizi daha da artıracaq, əməyimizi əsir­gəməyəcəyik.
Pərvanə Mahmudova
Naxçıvan şəhər 12 №-li tam orta məktəbin ibtidai sinif müəllimi
banner

Oxşar Xəbərlər