• cümə axşamı, 25 aprel, 03:57
  • Baku Bakı 19°C

Tehranda ilk çoxmərtəbəli bina yanğından sonra çöküb

19.01.17 14:30 902
Tehranda ilk çoxmərtəbəli bina yanğından sonra çöküb
Tehranda "Plasko” ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.
APA-nın Tehran bürosunun məlumatına görə,dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb.
Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb.
Tehran əyalətində fövqəladə vəziyyət elan edilib,xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilədağıntılar altında qalanların axtarışı davam etdirilir.
Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.
banner

Oxşar Xəbərlər