AZE | RUS | ENG |

Tehranda həbs olunan rusiyalı jurnalist tezliklə azad ediləcək

Tehranda həbs olunan rusiyalı jurnalist tezliklə azad ediləcək
Tehranda həbs olunan rusiyalı jurnalist Yuliya Yuzik yaxın vaxtlarda azad ediləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib.
O bildirib ki, jurnalist Y.Yuzak "bəzi məsələlərin aydınlaşdırılmas” üçün saxlanılıb.
Xatırladaq ki, sentyabrın 29-da Tehrana gələn Rusiyalı jurnalist Y.Yuzakın pasportu Tehranın beynəlxalq hava limanından xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən əlindən alınıb. Ona bildiriblər ki, ölkəni tərk edəndə pasportu qaytarılacaq. Lakin dünən Y.Yuzik Tehranın otellərinin birində həbs edilib. Rusiyanın İrandakı səfirliyi bildirib ki, Y.Yuzik pasportunun əlindən alınması haqqında səfirliyi məlumat versəydi həbsin qarşısını almaq olardı.
Qeyd edək ki, məsələ ilə əlaqədar İranın Rusiyadakı səfiri Mehdi Sənayi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.
Onu da nəzərə çatdıraq ki, jurnalisti İran İslam İnqilabının Küşikçiləri Korpusunun əməkdaşları həbs ediblər. Jurnalist İran əleyhinə casusluqda şübhəli bilinir.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289