Date: 04 Oktyabr 2012, 11:56,
Oxunma sayı: 1046

Oktyabrın 3-də Tehranın mərkəzi bazarındakı mağazalar, ticarət obyektləri rialın ABŞ dollarına nisbətən dəyərinin kəskin düşməsinə etiraz olaraq tətilə başlayıblar. Bazardan başlanan etirazlar tez bir zamanda böyüyərək şəhərin digər məntəqələrinə də yayılıb. Ölkənin qeyri-sabit iqtisadi durumuna, hökumətin iqtisadi siyasətinə və milli pulun dəyərinin düşməsinə etiraz bildirən aksiyaçılarla hökumət qüvvələri toqquşub. Polis gözyaşardıcı qaz tətbiq edib.
Ölkənin Məşhəd və Əhvaz şəhərlərində də eyni aksiyaların keçirildiyi haqda məlumat yayılıb.
Oktyabrın 1-dən bəri İran rialının məzənnəsi ABŞ dollarına nisbətən 30 faiz düşüb. ABŞ dollarının məzənnəsinin qalxması İranda ərzaq məhsulları və digər malların bahalaşmasına səbəb olub.