• çərşənbə, 24 Aprel, 09:11
  • Baku Bakı 13°C

Tehran-Vaşinqton birbaşa aviareysi açıla bilər

25.06.13 13:43 1289
Tehran-Vaşinqton birbaşa aviareysi açıla bilər
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın Vinabıl-dakı (ABŞ Qanunlar və Müdiriyyətlər Tənzimlənməsi Təşkilatı) nümayəndəsi Məcid Cavdani Təbrizi bildirib.
Onun sözlərinə görə, “Delta” Hava Yolları ABŞ, “İran Air” Hava Yolları isə İran tərəfindən lazımi xidmətlər göstərməyə hazırdır: “İran hökuməti təsdiqləyəcəyi təqdirdə, biz də Tehran-Vaşinqton birbaşa aviareysinin açılması üçün tərəflər arasındakı müqavilənin mətnini hazırlamağa hazırıq”.
Qeyd edək ki, 115 illik keçmişə malik olan Vinabılda ABŞ-ın tanınmış prokurorları və vəkilləri çalışır, qanunların tənzimlənməsi üçün rəsmi Vaşinqtonla birbaşa əməkdaşlıq edirlər.
banner

Oxşar Xəbərlər