• çərşənbə axşamı, 23 aprel, 23:52
  • Baku Bakı 20°C

Təhqir olundu, ağladı və qovuldu

12.11.19 12:00 856
Təhqir olundu, ağladı və qovuldu
Ukrayna çempionatında keçirilən "Dinamo” – "Şaxtyor” oyununda biabırçı hərəkət yaşanıb.
Kaspi.az xəbər verir ki, "Dinamo”nun azarkeşləri "Şaxtyor”un futbolçusu Taysonu irqçi təhqirə məruz qoyublar. Futbolçu bu təhqirlərə dözməyərək, onlara qarşı qeyri-etik hərəkət edib.
Qarşılaşmanın baş hakimi müvəqqəti olaraq oyunu dayandırıb və komandaları meydandan çıxarıb. Komandalar meydandan çıxarkən Tayson ağlayıb.
Bir qədər sonra oyun davam etdirilib və hakim Taysona qırımızı vərəqə göstərərək meydandan qovub.
Qarşılaşma "Şaxtyor”un qələbəsi ilə yekunlaşıb – 1:0.
banner

Oxşar Xəbərlər