• şənbə, 20 Aprel, 08:20
  • Baku Bakı 14°C

Təhqir neçəyə başa gəldi?

24.12.13 12:14 1334
Təhqir neçəyə başa gəldi?
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin son cəzalarını rəsmiləşdirən komitə Topaz Premyer Liqasının XVIII turunun matçlarında yaşananlara hüququ qiymət verib.
AZAL– “Neftçi” matçında meydan sahiblərinin 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Görüşün 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2, ondan 3 dəqiqə əvvəl ikinci sarı vərəq üzündən meydanı tərk edən Mahir Şükürov 1 oyunluq cəzalanıb. “Neftçi” Elvin üçün 2000, Mahirə görə 200 manat ödəyəcək.
“Ağ-qaralar” rəsmi əməkdaşlarına görə daha çox xərcə düşüb. Klubun vitse-prezidenti Tahir Süleymanov qarşılaşma başa çatdıqdan sonra, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə 83-cü dəqiqədə hakimləri təhqir etdiyi üçün hərəsi 5 oyunluq cəzalanıb.
Paytaxt təmsilçisi hər rəsmisi üçün 5000 manat ödəyəcək.
banner

Oxşar Xəbərlər