• cümə axşamı, 18 aprel, 05:24
  • Baku Bakı 15°C

Təhlükəsizlik məsələləri üzrə danışıqlar davam etdiriləcək

22.03.18 13:15 462
Təhlükəsizlik məsələləri üzrə danışıqlar davam etdiriləcək
Yaponiyanın və Rusiyanın xarici işlər nazirləri təhlükəsizlik məsələləri üzrə danışıqları gələn ay Moskvada davam etdirmək barədə razılığa gəliblər.
AZƏRTACNHK telekanalına istinadla xəbər verir ki, bu barədə razılıq iki nazirin Tokioda keçirilən görüşündə əldə edilib.
Görüş Rusiya Prezidenti Vladimir Putinin bazar günü keçirilən seçkilərdə böyük üstünlüklə qələbəsindən sonra baş tutub. Nazirlər Rusiyanın nəzarətində olan, lakin Yaponiyanın iddia etdiyi adalarda birgə iqtisadi fəaliyyətin təşkili ilə bağlı danışıqları işçi səviyyədə davam etdirmək, habelə həmin adaların keçmiş yapon sakinlərinin sələflərinin məzarlarını ziyarət edə bilmələri üçün humanitar xarakterli tədbirlərin reallaşdırılması barədə də razılığa gəliblər.
Rusiyanın Kuril adaları, yaponların isə şimal torpaqları adlandırdığı həmin adalar birincinin nəzarəti altında olsa da, ikinci də bu torpaqlara iddialıdır. Yaponiya hökumətinin qənaətinə görə həmin adalar ölkənin ayrılmaz tərkib hissəsidir və bu ərazilər İkinci Dünya müharibəsi nəticəsində qeyri-qanuni yolla işğal edilib.
T.Kono və V.Lavrov qeyd ediblər ki, iki ölkə arasında anlaşmanın əldə olunması və sonda sülh müqaviləsinin imzalanması üçün Tokio və Moskva arasında təhlükəsizliklə bağlı dialoq davam etdirilməlidir.
Əldə edilən razılaşmaya əsasən, ikitərəfli strateji dialoq aprelin 19-da Moskvada Yaponiya xarici işlər nazirinin müavini Takeo Akiba və Rusiya xarici işlər nazirinin birinci müavini Vladimir Titov arasında davam etdiriləcək.
banner

Oxşar Xəbərlər