• şənbə, 20 Aprel, 12:51
  • Baku Bakı 23°C

“Təəssüf ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır” - Abdulla Gül

16.04.15 07:11 839
“Təəssüf ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır” - Abdulla Gül
“Təəssüf ki, Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır”.

APA-nın məlumatına görə, bunu Türkiyənin sabiq prezidenti Abdulla Gül “Financial Times” Türkiyə Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, qonşu ölkələrdə baş verənlər Türkiyəni ilgiləndirir: “Qafqaz regionunda xroniki problemlər hələ davam edir. Azərbaycanla Ermənistan arasında guya atəşkəs rejimi var, amma zaman-zaman ölüm halları baş verir. Türkiyə-Ermənistan münasibətləri də hər kəsə məlumdur. Bütün bunlar Avropa ilə Asiya arasında bir qapı ola biləcək Qafqazı divara çevirib”.
banner

Oxşar Xəbərlər