• şənbə, 20 Aprel, 17:59
  • Baku Bakı 23°C

Təcrübə, istedad, ideya... – Uğur hekayəsi

03.06.16 14:30 4104
Təcrübə, istedad, ideya... – Uğur hekayəsi
Pulu biznes qurmaq üçün bir alət sayır. Deyir ki, çox pul olanda, onu çox rahat batırmaq olur. Buna görə də biznes qurmaq üçün puldan daha vacib şeylərin olduğunu düşünür. Bunlar təcrübə, ideya və istedaddır. Müsahibimiz təmizlik, əyləncə, mebel, taxta-oyma işləri sahəsində öz biznesini quran, "Bestpack” Poliqrafiya Print Mətbəəsinin direktoru, "Asan dildə biznes” kitabının müəllifi Xilqət Əsədovdur.

- Çoxlarımız bunun üçün çalışırıq: orta məktəb - ali məktəb - hansısa özəl, yaxud dövlət müəssisəsində çalışmaq - təqaüdə çıxmaq. Sovet dövrünün psixologiyasına uyğun olaraq, bizi belə böyüdüblər. Beynimizdə qəlibləşən bu formula nə dərəcədə düzgündür?
- Bu, əslində səhv formul deyil. Amma digər formulun da üzərində işləyib biznesmenlər yaratmaq lazımdır. Avropada, Amerikada sizin dediyiniz formul ilə yanaşı, biznesmen yaratmaq formulu da var. Bunun üçün insanlara yüksək səviyyədə idarəetmə öyrədilir. Amma bizdə sırf işçi yaratmaq üçün çalışılır. Buna görə də Avropada, Amerikada biznesmenlərin sayı çoxdur. Biznesmenlər fərqli düşünən insanlardır. Biznesmen düşünmür ki, vaxtında işə gəlim, düşünür ki, necə edim, insanlar işə vaxtında gəlsinlər.
Əgər işçi olmaq üçün 11 il orta məktəb, 4 il ali məktəb oxumalı, sonra işə götürülmək üçün 2-3 il təcrübə keçmək lazımdırsa, biznesmen olmaq üçün 15 il oxumağa ehtiyac yoxdur. Üçcə il kifayətdir ki, biznes təhsil almaqla, yaxud təcrübə yolu ilə öyrənib biznesmen olasınız.

- Ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Diqqətli olmaq və digərlərinin görmədiyini görməyə çalışmaq biznesdə uğur qazanmaq üçün ən vacib şərtdir.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər