• cümə, 19 Aprel, 10:19
  • Baku Bakı 13°C

Təcili yardım briqadası çağırışa gedə bilmədi

31.01.14 11:17 1234
Təcili yardım briqadası çağırışa gedə bilmədi
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər qadın fərdi yaşayış evində dəm qazından zəhərlənməsi ilə əlaqədar yaxınları tərəfindən Təcili Tibbi Yardım Stansiyasına müraciət edib.
Lakin yolların qarlı və sürüşkən olması ilə əlaqədar TTY Stansiyasının həkimləri həmin çağırışa gedə bilmədikləri üçün hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 1 saylı klinik xəstəxanaya çatdıraraq adiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:59-da başa çatıb.
banner

Oxşar Xəbərlər