AZE | RUS | ENG |

Təcavüzkar manyaka 15 il cəza verildi

Təcavüzkar manyaka 15 il cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər törətməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə T.İsmayılov 15 il azadlıqdan məhrum edilib.

İttihama görə, paytaxtın Suraxanı rayonunda Taleh İsmayılov yeniyetmə olan bacı-qardaşa qarşı seksual xarakterli hərəkətlər edib. Uşaqların valideynləri məsələdən xəbər tutub. Bundan sonra şikayət əsasında Taleh İsmayılov saxlanılıb.
Məlum olub ki, o, uşaqların valideynlərinin evdə olmayan vaxtlarında onlara qarşı zorla seksual xarakterli hərəkətlər edib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli hərəkətlərə məcbur etmə, on dörd yaşına çatmayan şəxsə qarşı törətmə) maddəsi ilə ittiham verilib.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966