Təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir - Video
Yeni
Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında 23 dekabr 2019-cu il tarixdə
keçiriləcək Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində
növbəti görüş YAP tərəfindən irəli sürülmüş müşahidəçilərlə olub.
Görüşdə
Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP-ın Mərkəzi Seçki Qərargahının
Gəncə şəhər şöbəsinin sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək,
müstəqil Azərbaycanın inkişafına, tərəqqisinə mühüm töhfələr verən Yeni Azərbaycan
Partiyası tərəfindən 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkilərinə
ən layiqli namizədlərini irəli sürdüyünü bildirib. Namizədlər arasında xüsusən
gənclərə və qadınlara üstünlük verildiyini qeyd edən millət vəkili "Xalq
üçün" şüarı ilə həyata keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar görülən
işlərdən danışıb, Azərbaycan Respublikasınin Seçki Məcəlləsində olan əsas
anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət
etməli olduqları şərtlər barədə ətraflı məlumat verib.
YAP
Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Pərvin
Kərimzadə çıxış edərək, cəmiyyətdə bələdiyyələrin rolunun artmasının
vacibliyindən, qarşıda duran vəzifələrdən danışıb. Pərvin Kərimzadə ölkə
Prezidenti İlham Əliyevin diqqət və qayğısını daim öz üzərlərində hiss edən gəncəlilərin
əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və
coşqu nümayiş etdirəcəklərini, bu siyasi kampaniyanın da yüksək mütəşəkkilliklə
keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.