• cümə axşamı, 25 aprel, 09:45
  • Baku Bakı 14°C

Təbii fəlakətlərin nəticələrini yüngülləşdirmək və qarşısını almaq mümkündür

15.10.19 09:45 585
Təbii fəlakətlərin nəticələrini yüngülləşdirmək və qarşısını almaq mümkündür
Hər il təbii fəlakətlər milyonlarla insanın həyatını alt-üst edir – insanlar başları üzərindəki damdan məhrum olur, doğma yurd-yuvalarını tərk edirlər. Lakin təbii fəlakətlərin nəticələrini yüngülləşdirmək və qarşısını almaq mümkündür.
AZƏRTACxəbər verir ki, bu barədə oktyabrın 13-də qeyd olunan beynəlxalq fəlakətlər riskinin azaldılması günü ilə bağlı BMT-də təsdiqləyirlər.
BMT-də bu ilin sentyabrında Baham adalarında əmələ gələn "Dorian” qasırğasının nəticələri, həmçinin Mozambikin bir sıra rayonlarında mart ayında "İdai” siklonundan sonrakı ağır vəziyyət xatırladılıb.
"Mart ayında Mozambikdə tüğyan edən "İdai” siklonu 3300 təhsil binasına ciddi ziyan vurdu, 260 min məktəblinin tədris prosesini pozdu. Bu, oxşar infrastruktur obyektlərinin zəiflik səviyyəsini nümayiş etdirir”, - deyə UNESKO-nun baş direktoru Odri Azule bildirib.
Bu il beynəlxalq fəlakətlər riskinin azaldılması günü xəstəxanalar və məktəblər kimi həyati vacib infrastruktur obyektlərinə vurulan zərərin qarşısının alınmasına həsr olunub.
"Yaxın 10 ildə bütün dünyada yeni yaşayış yerlərinin, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin tikintisinə trilyon dollarlar xərclənəcək. Bu vəsait yatırılan zaman, ilk növbədə, fəlakətlər riskinin azaldılmasına da diqqət ayırmaq lazımdır”, - deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
O, iqlim təhlükələri qarşısında infrastrukturun davamlılığını artırmağa çağırıb. "Xərclənən hər dollar 6 dollara qənaət etməyə imkan verəcək”, - deyə Quterreş vurğulayıb.
banner

Oxşar Xəbərlər