• cümə axşamı, 25 aprel, 19:11
  • Baku Bakı 21°C

TƏBİB: Vətəndaşlar əsas olmadan evdən çıxmasınlar

02.04.20 12:51 1004
TƏBİB: Vətəndaşlar əsas olmadan evdən çıxmasınlar
Vətəndaşlar əsas olmadan evdən çıxmasınlar. Vəziyyət pisləşmədən biz bu qadağaları qoymaq məcburiyyətindəyik.
Trend-in məlunatına görə bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, koronavirusa yoluxma sayı artdıqca vəziyyət çətinləşə bilər:
"Bu vaxta qədər virus xaricdən gələnlərdə aşkarlanırdı. Amma indi Azərbaycanın bütün bölgələrindən yoluxma təsdiqlənir. Ona görə də vətəndaşlar evdə oturmalıdırlar. Məqsədimiz bu gün əhalini kənardan gələn virusdan qorumaqdır. Buna görə də çalışırıq ki, insanları karantin şəraitində saxlayaq".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
banner

Oxşar Xəbərlər