• cümə, 29 Mart, 15:12
  • Baku Bakı 14°C

Teatr xadimlərimiz Rusiyada mükafatlandırıldı

25.11.13 15:02 1673
Teatr xadimlərimiz Rusiyada mükafatlandırıldı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar Artist Mübariz Həmidov və baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov Rusiya Federasiyasının Teatr Xadimləri İttifaqının təqdimatı ilə K.S.Stanislavski adına mükafata layiq görülüb.
“Kaspi”yə verilən məlumata görə, teatrın direktoru M.Həmidov Azərbaycan-Rusiya teatrları arasında qarşılıqlı yaradıcılıq əlaqələrinin inkişafındakı xidmətlərinə və qastrol səfərlərinin təşkili sahəsində göstərdiyi yüksək təşkilatçılıq qabiliyyətinə görə, baş rejissor B.Osmanov isə İsveç dramaturqu L.Nurenin “Mən gəldim, qızlar!” (“Müharibə”) tamaşasına verdiyi yüksək səviyyəli quruluşa görə mükafatlandırılıblar.
Məlumat üçün bildirək ki, Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında və Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində olub və 3 tamaşa ilə uğurla çıxış edib.
Sözügedən mükafat teatr xadimlərimizə qastrolun uğurlu nəticələrinə görə verilib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər