• cümə, 29 Mart, 08:57
  • Baku Bakı 5°C

Teatr Xadimləri İttifaqı rəsm müsabiqəsi elan edib

05.01.19 16:30 1001
Teatr Xadimləri İttifaqı rəsm müsabiqəsi elan edib
Azərbaycan Teatr Xadimləri İttifaqı "10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqə elan edib.
İttifaqdanAZƏRTAC-a bildirilib ki, müsabiqə əsasən, təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər arasında keçirilir.
Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini ərizə ilə birlikdə martın 1-dək Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinə təqdim etməlidirlər.
Qaliblər Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Günü münasibətilə keçiriləcək tədbirdə pul mükafatı və diplomlarla təltif olunacaq.
Birinci yerin qalibinə 250, ikinci yerin qalibinə 200, üçüncü yerin qaliblərinə isə 150 manat məbləğində pul mükafatı veriləcək.
banner

Oxşar Xəbərlər