AZE | RUS | ENG |

Teatr Xadimləri İttifaqı rəsm müsabiqəsi elan edib

Teatr Xadimləri İttifaqı rəsm müsabiqəsi elan edib
Azərbaycan Teatr Xadimləri İttifaqı "10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqə elan edib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, müsabiqə əsasən, təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər arasında keçirilir.

Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edə bilər. Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini ərizə ilə birlikdə martın 1-dək Teatr Xadimləri İttifaqının yaradıcılıq şöbəsinə təqdim etməlidirlər.

Qaliblər Teatr Xadimləri İttifaqında 10 mart - Milli Teatr Günü münasibətilə keçiriləcək tədbirdə pul mükafatı və diplomlarla təltif olunacaq.

Birinci yerin qalibinə 250, ikinci yerin qalibinə 200, üçüncü yerin qaliblərinə isə 150 manat məbləğində pul mükafatı veriləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9271
GEL 1 1 Gürcüstan larisi 0.6334
GBP 1 1 İngiltərə funt sterlinqi 2.259
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1844
CHF 1 1 İsveçrə frankı 1.6974
KWD 1 1 Küveyt dinarı 5.5967
TRY 1 1 Türkiyə lirəsi 0.3119