• çərşənbə, 24 Aprel, 15:39
  • Baku Bakı 27°C

Teatr sənətinə həsr olunan ilk portal yaradılıb

11.03.14 14:17 1336
Teatr sənətinə həsr olunan ilk portal yaradılıb
Azərbaycanda teatr sənətinə həsr olunmuş “TeatrPlyus” (www.teatrplyus.az) adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib. Layihənin fəaliyyətində başlıca məqsəd teatr sənətinin təbliği, ölkədə və dünyada baş verən teatr prosesinin fiksasiyası, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdən ibarətdir.
Saytın baş redaktoru, teatrşünas Sevda Babayeva “Kaspi”- yə açıqlamasında qeyd edib ki, “TeatrPlyus” portalı ölkəmizdə teatr jurnalistikası sahəsində mövcud boşluğun aradan götürülməsinə göstərəcəyi xidmətləri ilə Azərbaycan teatrının inkişafında da müəyyən rol oynayacaq: “Dünya təcrübəsi göstərir ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu baxımdan, dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş “TeatrPlyus” (www.teatrplyus.az) saytı fərqli, yaradıcı dizaynı ilə yanaşı, həm də yerləşdirilən materialların maraqlılığı, operativliyi və eksklüzivliyi ilə seçiləcək”.
Baş redaktorun sözlərinə görə, veb-sayt təkcə teatr sənətini deyil, eyni zamanda bütünlükdə incəsənəti, mədəniyyəti əhatə edir: “Hərəkətli dizayn prinsipinə müvafiq hazırlanmış saytın yuxarı panelindəki elementlər, incəsənətin müxtəlif sahələrini simvolizə edir. Saytın PLYUS bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək. Habelə, Multimedia bölməsi var ki, bu da istifadəçilərə teatr sənətinə dair nadir Audio, Video və Foto nümunələrilə tanlşlıq imkanı qazandırır. Daim zənginləşəcək Kitabxana bölməsi isə sənətsevərlər üçün əsl hədiyyə hesab oluna bilər. Bu bölmədə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə həsr olunmuş Azərbaycan, rus və ingilis dilində kitablar yerləşdirilib. Saytın mütəmadi şəkildə yenilənməsi və təkmilləşdirilməsi planlaşdırılır”. Baş redaktor gələcəkdə TeatrPlyus-un internet televiziyasının yaradılmasının da nəzərdə tutulduğunu bildirib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər