• cümə, 19 Aprel, 22:14
  • Baku Bakı 24°C

TBMM sədri: Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər

25.02.18 18:40 652
TBMM sədri: Ermənistan rəhbərliyindəki insanlar Xocalı qətliamının törədilməsində iştirak ediblər
"Ermənistan dövləti Xocalı soyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək"
Türkiyə Böük Millət Məclisinin sədri İsmail QəhrəmanXocalısoyqırımının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İ. Qəhrəman bəşəriyyət tarixinin ən vəhşi qətliamlarından birininXocalıda törədildiyini, Ermənistan ordusunun işğalı altında olanXocalıda 26 il əvvəl 613 günahsız insanın qəddarlıqla qətlə yetirildiyini bildirib.

Türkiyə parlamentinin sədri bugünkü Ermənistan rəhbərliyindəki insanların da Xocalıqətliamının törədilməsində iştirak etdiyini qeyd edib: "Bu qətliam insanlıq tarixində utanc səhifəsi kimi yer alıb. Aradan 26 il ötməsinə baxmayaraq,Xocalıqətliamını törədənlər hələ beynəlxalq məhkəmələr qarşısına çıxarılmayıb.Xocalıqətliamının ağrısını ürəklərimizdə hiss edirik. Vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Türkiyə və Azərbaycan kədəri və sevinci ortaq olan iki ayrı dövlətdir. Bu soyqırımı törədənlər məhkum edilənə və Ermənistan dövlətiXocalısoyqırımına görə üzr istəyənə qədər bu ağrı-acımız dinməyəcək.BMT-dən gözləntimizXocalıqətliamını törədənlərin cəzalandırılması,Dağlıq Qarabağvə Azərbaycanın digər bölgələrinin işğaldan azad edilməsində aktiv rol oynamasıdır".
banner

Oxşar Xəbərlər