• cümə, 29 Mart, 16:39
  • Baku Bakı 14°C

TBMM NATO qrupunun rəhbəri: “NATO-nun terror təşkilatlarına qarşı mübarizəyə qoşulması mühüm hadisədir”

27.05.17 15:00 814
TBMM NATO qrupunun rəhbəri: “NATO-nun terror təşkilatlarına qarşı mübarizəyə qoşulması mühüm hadisədir”
"Üzv ölkələr arasında yaranan fikir ayrılıqları müttəfiqliknormaları, qarşılıqlı mənafe və hörmət prinsipləri əsasında həll ediləcək”.
Bu sözləriAPA-ya açıqlamasındaTürkiyə Böyük Millət MəclisiNATOqrupunun başqanı, Ak Parti Rizə millət vəkili Osman Aşkın Bak deyib.
"İncirlik hərbi bazasından istifadə ilə bağlı Türkiyə ilə Almaniya arasında yaşanan fikir ayrılığı hansı formada həll ediləcək?” - sualını O. A. Bak belə cavablandırıb:
"Türkiyə uzun müddətdən bəri PKK, PYD/YPG və DAEŞ terroruna qarşı qərarlı şəkildə mübarizə aparan və çox itki vermişNATOmüttəfiqi ölkədir. Başda hörmətli prezidentimiz olmaqla, dövlətimizin bütün idarəçiləri illərdən bəri Avropa ölkələrini terror təşkilatları arasında heç bir fərq qoymadan onlara qarşı qərarlı mübarizə aparmağa çağırır. DAEŞ-ə qarşı mübarizəyəNATO-nun bir qurum kimi qatılma qərarı alması müttəfiq ölkələr baxımından çox mühüm bir hadisədir. Biz bu zəmində, heç bir fərq qoymadan, terror təşkilatlarının hamısına qarşı eyni dərəcədə təsirli mübarizə aparılmasının lüzumunu müttəfiqlərimizə daha sərrast şəkildə başa sala biləcəyimizə inanırıq. DAEŞ terror təşkilatına qarşı mübarizə apararkən, PKK və PYD/YPG terror təşkilatlarına mülayim davranmaq qəbuledilməz bir hal olacaq. Hüquqi baxımdan, ittifaq ölkələrinin heç biri o birindən üstün deyildir. Hərbi qüvvəsi etibariləNATO-nun ikinci böyük ölkəsi olan Türkiyənin terrora qarşı mübarizəsində ittifaqdan dəstək gözləməsi və bunu alması ən təbii hadisədir. DAEŞ və digər terror təşkilatlarına qarşıNATO-nun mübarizəyə daxil olmasını mühüm hadisə kimi qiymətləndirir və bu durumda Türkiyənin haqlarına daha çox hörmət göstəriləcəyinə və tələblərinin yerinə yetiriləcəyinə inanıram”.
banner

Oxşar Xəbərlər