• cümə axşamı, 28 mart, 18:58
  • Baku Bakı 13°C

TBMM aparatının 30 vəzifəli əməkdaşı işdən çıxarılıb

20.07.16 13:34 909
TBMM aparatının 30 vəzifəli əməkdaşı işdən çıxarılıb
Türkiyədə "Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) üzvü və tərəfdarı olduğu iddiası ilə dövlət məmurlarının kütləvi şəkildə işdən uzaqlaşdırılması prosesi davam edir.
APA-nı "Milliyet”ə istinadən verdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisi aparatında 30 əməkdaş vəzifəsindən qovulub. Onların arasında TBMM baş katibinin müavinləri Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci də var.
Bundan başqa, çoxlu sayda şöbə rəhbəri və şöbə rəhbərlərinin müavinləri də işdən kənarlaşdırılıb.
banner

Oxşar Xəbərlər